Haqqımızda

2006-ci ildə Azərbaycanda qurulan CLİNİC MEDİCAL  MMC  tibbi avadanlıqların satışı və texniki xidmətlərin göstərilməsi ilə tibb dünyasına daxil olmuşdur. 7 ildən artıq təcrübəyə əsaslanan, keyfiyyətli xidməti ilə fərqlənən şirkətimiz bütün növ tibbi avadanlıqların satışı və satış sonrası mütəmadi texniki servisini uğurla yerinə yetirməkdədir.

CLİNİC MEDİCAL MMC-in əsas prinsipi dəyərli müştərilərimizin və partnyorlarımızın istək və tələblərini tam şəkildə qarşılamaq, onlar üçün yüksək keyfiyyətli avadanlıqları layihələndirmək və ərsəyə gətirərək məmnuniyyətlərini qazanmaqdır.

Müştərilərimizə verdiyimiz yüksək dəyərlə sağlam və nizamlı iş, rəqabətə davamlı qiymətlər, ölkədaxili və beynəlxalq tələbləri qarşılamaq əsas missiyamız olaraq davamlı şəkildə inkişaf etdirilir.

CLİNİC MEDİCAL dövlət və xüsusi tibbi müəssisələr başda olmaqla bütün özəl sağlamlıq mərkəzlərinə, diler ve müayinə mərkəzlərinə beynəlxalq standartlara əsaslanan tibbi cihazlar və vəsaitlər təmin edir.

Tibb texnologiyasındakı sürətli inkişafı vaxtında, tam ve dəqiq izləyən CLİNİC MEDİCAL şirkəti olaraq əsas məqsədimiz informasiya təchizatında sağlam ve etibarli bir texnoloji infrastruktur quraraq davamlı yeniliklərin tətbiq olunduğu möhkəm bir sistem yaratmaq və qanunlara əsaslanan bütün şərtləri əsaslı şəkildə və davamlı olaraq yerinə yetirməkdir.